“Erməni təxribatı zamanı Serbiya silahlarından istifadə olunması ilə bağlı rəsmi araşdırmalar başlayıb”backend

“Erməni təxribatı zamanı Serbiya silahlarından istifadə olunması ilə bağlı rəsmi araşdırmalar başlayıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tovuz rayonunda baş verən erməni təxribatı zamanı Serbiya silahlarından istifadə olunması ilə bağlı müvafiq danışıqlar aparılıb. Serbiya dövləti bu məsələ ilə bağlı rəsmi araşdırmalara başlayıb və biz yekun izahat gözləyirik”.

TİA.AZ xəbər verir ki, bu sözləri iyulun 23-də Xarici İşlər Nazirliyində keçirilən brifinqdə Xarici İşlər nazirinin müavini Xələf Xələfov söyləyib.

“Serbiya tərəfi bu məsələnin ciddiyyətini anlayır. Beynəlxalq hüquqda silah məsələsi ilə bağlı istehsalçı ölkə heç zaman məsuliyyətdaşıma mövqeyindən azad edilmir”, – deyə nazir müavini vurğulayıb.

Ermənistanda faşizmə xüsusi məhəbbətin olduğunu söyləyən nazir müavini deyib: “Onların həyata keçirdiyi siyasətdə faşizmin bütün elementlərinə rast gəlinir. Lakin, dünya artıq həqiqəti başa düşür və qəbul edir”.