ERMƏNİ “TABOR KOMANDİRİ” QARABAĞDAN ÇIXMAQDAN İMTİNA EDİB – “KEXA” DÖYÜŞƏCƏKLƏRİNİ DEYİBbackend

ERMƏNİ “TABOR KOMANDİRİ” QARABAĞDAN ÇIXMAQDAN İMTİNA EDİB – “KEXA” DÖYÜŞƏCƏKLƏRİNİ DEYİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qarabağa dair üçtərəfli razılaşmaya əsasən dekabrın 1-nə kimi Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verilməlidir. Tia.az xəbər verir ki, bölgəyə gəlmiş sülhməramlılar hal hazırda Kəlbəcər və Ağdamda yaşayan erməniləri, habelə oradakı erməni silahlı birləşmələri çıxarmağa başlayıb.
Qeyd edək ki, rus sülhməramlıları artıq cənub cəbhəsində 8 post qurublar və sabah şimal istiqamətində daha 4 post quraraq, ilkin mərhələni başa çatdırmaq üzrədir. Lakin bölgəni tərk etmək istəməyən erməni silahlıları da az deyil. İlkin məlumatlara görə, Şuşa rayonu ərazisində 100-dən çox erməni silahlısı tutduqları mövqeni təhvil verməkdən imtina edib. Lakin onlarla uzun danışıqlardan sonra razı salmaq mümkün olub.
TİA.AZ xəbər verir ki, postlarını təhvil vermək istəməyən erməni silahlıları təkcə, Şuşa ətrafında deyil, həmçinin Ağdam və Kəlbəcərdə də var. Belə ki, “Arsax”ın “komandir”lərindən biri, “Kexa” ləqəbli Karen Calavyan öz postunu tərk etməkdən imtina edib. Bu barədə, “Wargonzo” məlumat yayıb.
Məlumatda deyilir ki, razılaşmaya əsasən Azərbaycana təhvil verilməli olan həmin ərazilərdə indiyə qədər “Kexa”nın taboru “qoruyurmuş”. Qeyd edilir ki, Cavalyanın tabeliyində olan “əsgərlər” onu sakitkləşdirməyə çalışsalar da, nəticə olmayıb. Bu azmış kimi, başına yığdığı silahlı bandanın üzvlərinin əksəriyyəti onunla eyni fikirdə olduqlarını, postlarını tərk etməyəcəklərini bəyan ediblər. Vurğulanır ki, onlarla rus sülhməramlıları danışıqlar aparır.