ERMƏNİ SİYASƏTÇİ ƏLİYEVİN QARABAĞ PLANLARINDAN  AÇDIbackend

ERMƏNİ SİYASƏTÇİ ƏLİYEVİN QARABAĞ PLANLARINDAN AÇDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni siyasətçi Serob Marutyan ölkəsinin düşdüyü vəziyyəti şərh edib. TİA.Az xəbər verir ki, Marutyan müharibədən sonra yarnmış reallıqları belə izah edib. “44 günlük müharibədən sonra Azərbaycan Qarabağın bərpası ilə məşğul olub. Hazırda əsas hədəf bu əraziləri Azərbaycanın digər ərazilərinə inteqrasiya etməkdir. Əliyev həmin ərazilərə sahib olmaq və onları idarə etmək hüququndan tam şəkildə istifadə edir. Bu hal çox mühümdür. Çünki bu inteqrasiya gücləndikcə, Ermənistan həmin ərazilərə bir daha sahib ola bilməyəcək.
Azərbaycanın əsas məqsədi Dağlıq Qarabağı Azərbaycanın iqtisadi və siyasi sisteminə inteqrasiya etməkdir. Siyasi inteqrasiya Rusiya sülhməramlılarının mövcudluğundan asılıdır”, – deyə erməni ekspert bildirib.
Onun sözlərinə görə, bu inteqrasiya prosesi rusların ürəyincədir: “Üstəlik, bu, əvvəldən rusların xoşuna gəlirdi. Çünki biz regionun, o cümlədən Dağlıq Qarabağın Rusiyanı, iqtisadi və nəqliyyat əlaqələrini və kommunikasiyalarını təşviq edən blokadasının açılmasına mane olurduq. Ermənistan Qarabağın iqtisadi qarantı ola bilməz. Əvvəla Laçın dəhlizinə nəzarət olunmur. İkincisi, Ermənistan Azərbaycana qarşı çıxa biləcək və rəqabət apara biləcək iqtisadi və maliyyə imkanlarına malik deyil.
Faktiki vəziyyət budur ki, Azərbaycan Dağlıq Qarabağın iqtisadi inteqrasiyası üçün fəal şəkildə zəmin yaradır”.

TİA.Az