Erməni qadın uşaqlarıyla birgə Xankəndidən Şuşaya keçməyə çalışdıbackend

Erməni qadın uşaqlarıyla birgə Xankəndidən Şuşaya keçməyə çalışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Avqustun 1-də işğal illərində Şuşada yaşayan, hazırda isə dörd azyaşlı uşağı ilə Xənkəndidə məskunlaşan İzaura Balasanyan övladları ilə birgə yenidən Şuşaya qayıtmağa cəhd edib.
O, Rusiya sülhməramlılarının müdaxiləsilə saxlanılaraq geri göndərilib.
Məlumat Ermənistan mətbuatında yayılıb.
Qadının sözlərinə görə, onu bu addımı atmağa hazırda qaldığı evin sahibi vadar edib. Belə ki, o, ev kirayəsini 100 min dramdan 150 min dramadək artırıb.
Erməni qadın müvafiq qurumlara kömək üçün müraciət etdiyini və artıq itirəcək heç nəyinin olmadığını bildirib.
O, həmçinin uşaqların atasının uzun illər öncə ürək tutmasından öldüyünü də qeyd edib.