Erməni politoloqdan İrəvanla bağlanılacaq sazişlə bağlı sensasiyalı açıqlamabackend

Erməni politoloqdan İrəvanla bağlanılacaq sazişlə bağlı sensasiyalı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün erməni mediası Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağı və bunun payızda mümkünləşəcəyi barədə məlumat yaymışdı. JAMAZ.İNFO xəbər verir ki, həmin məlumatda Ermənistanın baş naziri Nikol Paşinyanın bunun üçün hazırlıq gördüyü qeyd edilirdi.

Erməni politoloq Suren Sarkisyan isə Azərbaycanla Ermənistan arasında imzalanacaq sazişin ilkin sennarisi barədə danışıb. O deyib ki, əgər İrəvan Bakı ilə anlaşarsa, bu Ermənistanın bir çox tələblərdən imtinasına gətirib çıxaracaq.

O qeyd edir ki, ilkin sennariyə əsasən Azərbaycanla bağlanacaq sazişdə aşağıdakılar maddələr yer alacaq:

  1. Azərbaycanın ərazi bütövlüyünün tanınması;
  2. Azərbaycana hər hansı bir ərazi iddiası irəli sürülməsindən imtina olunacaq;
  3. Diplomatik əlaqələr bərpa ediləcək və sərhədlər açılacaq;
  4. Azərbaycan-Ermənistan sərhədlərinin dəqiqləşdirilməsinə start veriləcək. Bu zaman Ermənistanın ərazilərini bir hissəsi Azərbaycana veriləcək;
  5. O, istisna etmir ki, Ermənistan üzərinə öhdəlik götürəcək ki, ümumiyyətlə, ordu saxlamayacaq. Yalnız müəyyən sayda hərbi polis saxlayacaq. Necə ki, İkinci Dünya Müharibəsindən sonra Yaponiya da belə bir addım atmışdı.

Türkiyə ilə bağlanacaq sazişə gəldikdə isə Suren Sarkisyan daha 5 bəndin yer alacağını qeyd edib.

  1. Soyqırımın tanınmasından imtina ediləcək, Türkiyənin ərazi bütövlüyü tanınanacaq, ərazi iddialarından imtina ediləcək;
  2. Ermənistanın Müstəqillik Aktında dəyişiklik ediləcək və gerbdən Ağrı dağının şəkili çıxarılacaq;
  3. Sərhədlər açılacaq və diplomatik əlaqələr qurulacaq%
  4. Türkiyə ilə Azərbaycanı birləşdirəcək dəhlizin açılmasına güzəştə gediləcək;
  5. Həmin sənədə “Ermənistana hər hansı bir üçüncü ölkə hücum edərsə, bu, Türkiyə və Azərbaycanın da təhlükəsizliyinin təhdid edilməsi sayılacaq” cümləsi də yer alacaq;
    Onun sözlərinə görə, bütün bunun qarşılığında Ermənistana Azərbaycan və Türkiyə böyük həcmdə investisiya qoyacaqlar. “Ermənistan hökuməti hesab edir ki, bu investisiyalar olduqca böyük rəqəmlərlə ölçüləcək. Əslində isə bu, Gürcüstanda olduğu kimi, Ermənistanı da iqtisadi cəhətdən işğal etməkdən başqa bir şey deyil. Bir daha deyirəm ki, bütün bu sennarilərin reallaşıb reallaşmaması Qərblə Şərq arasında Cənubi Qafqaz və Qara dəniz regionunda gedən qlobal rəqabətin səviyyəsindən asılı olacaq”