Erməni ordusu yüksək hazırlıq vəziyyətinə gətirildi-Azərbaycan-Türkiyə hərbi təlimlərinə görəbackend

Erməni ordusu yüksək hazırlıq vəziyyətinə gətirildi-Azərbaycan-Türkiyə hərbi təlimlərinə görə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“AZƏRBAYCAN TÜRKLƏRİN GƏTİRDİYİ SİLAHLARLA QARABAĞIN İSTNİLƏN NÖQTƏSİNİ VURA BİLƏR”

Azərbaycan və Türkiyənin birgə hərbi təlimlərə başlaması erməniləri qorxuya salıb. Ddaha doğrusu, bu qorxu təkcə Ermənistanı deyil, işğal etdiyi Dağlıq Qarabağdakı separatçıları da əhatə edib.
Tia.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi dünən sərəncam imzalayaraq ordunu yüksək hazırlıq vəziyyətinə gətirib. Bu barədə işğalçı ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan açıqlama verib və artıq sərəncamın icrasına start verilib. Belə ki, dünəndən etibarən Azərbaycanla sərhəddə yerləşən bütün hərbi birliklər xüsusi döyüş hazırlığı siqnalı ilə ayağa qaldırılıb.
Həmin məlumatlara əsasən proses işğal altında olan Dağlıq Qarabağda da baş verib. JAMAZ.İNFO erməni mətbuatına istinadən xəbər verir ki, dünəndən etibarən cəbhə xətti boyunca Qarabağdakı erməni terrorçularının silahlı dəstələri yüksək hazırlıq vəziyyətinə gətirilib.
Ermənilərin belə təlaşa düşməsi və qorxu içində ordunu ayağa qaldırması Azərbaycan və Türkiyə arasında birgə hərbi təlimlərə starın verilməsidir. Belə ki, ermənilər bu hərbi təlimlərin sıradan bir addım olmadığını iddia edərək, habelə bir qədər də uzağa gedərək, iki ölkənin ordusunun Ermənistana hücum edə biləcəyi isterikasını yaşayırlar.
Qarabağdakı erməni terrorçularının qorxuları isə Ermənistandakılardan daha çoxdur. Yerli mətbuata açıqlama verən terrorçuların nümayəndələri və əlaltıları o fikirdədirlər ki, Türkiyənin təlimlər üçün Azərbaycana gətirdiyi hərbi texnika və silahlar çox müasirdir və onlarla təkcə, Dağlıq Qarabağın deyil, Ermənistanın istənilən nöqtəsini vurmaq mümkündür.
Ermənilər bəyan edirlər ki, Azərbaycan-Türkiyə birgə hərbi təlimlərini, habelə diplomatik, hərbi və təbliğat sahəsindəki bütün hərəkətlərini Ermənistan nəzarətində saxlamalı və lupa ilə nəzərdən keçirməlidir.

TİA.AZ