ERMƏNİ NAZİRDƏN XƏBƏRDARLIQ: AZƏRBAYCAN ƏMƏLİYYATLARA BAŞLAYA BİLƏRbackend

ERMƏNİ NAZİRDƏN XƏBƏRDARLIQ: AZƏRBAYCAN ƏMƏLİYYATLARA BAŞLAYA BİLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın XİN başçısı Ararat Mirzoyan yunan mətbuatına müsahibə verib. TİA.Az məlumat verir ki, erməni nazir Azərbaycanın istənilən vaxt genişmiqyaslı hərbi əməliyyatlara cəhd edə biləcəyini açıqlayıb. Onun sözlərinə görə, bu gün Azərbaycan Ukraynada yaşanan olaylardan istifadə edərək, dünyanın diqqətinin orada baş verənlərə yönəldiyi bir vaxtda Ermənistana ciddi problemlər yarada bilər: ” Xüsusi ilə 44 günlük müharibədə məğlub olan Ermənistan ordusu hələ də özünə gələ bilməyib. Lakin Azərbaycan qısa zaman içində nəinki yeni silahlar alıb, hətta yeni hərbi hissələr də yaradıb.
Onu deyə bilərəm ki, Azərbaycanın yeni hücumu Ermənistan üçün fəlakət ola bilər. Ona görə də Ermənistan hakimiyyəti danışıqları davam etdirməyə, hücumu mümkün qədər yumşaltmağa borcludur. Əks təqdirdə Ermənistan ikinci fəlakətə tab gətirməyəcək”.

TİA.Az