backend

Erməni general və bir neçə zabit cəbhədə yaralandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın işğal altında olan torpaqlarında yaradılan qondarma rejimin “müdafiə naziri”, general-leytenant 

Levon Mnatsakanyan təmas xəttində yaralanıb. 

Azərbaycanın işğal altında olan torpaqlarında yaradılan qondarma rejimin “müdafiə naziri”, general-leytenant 

Levon Mnatsakanyan təmas xəttində yaralanıb.

TİA.AZ xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Bildirilib ki, “müdafiə naziri” cəbhədə baş verən partlayışda yaralanıb və dərhal Xankəndi hospitalına yerləşdirilib.

Onunla birlikdə düşmənin bir hərbi hissə komandiri və yüksək rütbəli zabiti də yaralanıb.

Daha öncə yayılan məlumatlara görə, Mnatsakanyan martın 15-də təmas xəttinin Xocavənd istiqamətində erməni hərbçilərini mükafatlandırıb.