Erməni gənclər əsgərliyə getməmək üçün inanılmaz hiyləgərliyə əl atıblar – VİDEObackend

Erməni gənclər əsgərliyə getməmək üçün inanılmaz hiyləgərliyə əl atıblar – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Milli Təhlükəsizlik Xidməti İrəvandakı xəstəxanaların birində əməliyyat keçirib.
Yeniavaz.com “armeniasputnik” saytına istinadən bildirir ki,əməliyyat zamanı səfərbərliyə çağırılan əsgərlərə saxta “COVİD-19” arayışı verən həkim saxlanılıb.
Bildirilir ki, səfərbərliyə çağırılan əsgərlərdən 1000-2000 dollar rüşvət alan həkim onlara saxta arayışlar verib.
Erməni mətbuat yazır ki, son günlər Ermənistanda koronovirusa yoluxan xəstələrin sayının kəskin şəkildə artmasında bu cür saxta arayışların verilməsi həlledici olub. Bu həm də onu göstərir ki, Ermənistanda gənclər hərbi xidmətdən yayınmaq üçün bu cür üsullara əl atmağa başlayıblar.
Ermənistan Milli Təhlükəsizlik Xidməti isə yaydığı məlumatda erməni gəncləri vətəni qorumaq üçün müqəddəs missiyanı yerinə yetirməyə, xəstəlikləri simulyasiya edərək hərbi xidmətdən qaçmaq və ya müxtəlif hiyləgərlik göstərməkdən çəkinməyə çağırır.
Qeyd edək ki, son günlər Ermənistanda koronavirusa gündəlik yoluxma sayı 2500-ə qədər yüksəlib.