backend

Erməni əsirliyində olan Amindən xəbər var: Fotosu yayıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Erməni əsirliyində olan Amin Musayev haqda yeni məlumat yayımlanıb.
AZXEBER.COM xəbər verir ki, Rusiyanın “İnfoteka” saytı Amin Musayevin sağ olması haqda xəbər yayımlayıb.
Sayt onun harada saxlanıldığı barədə məlumat verilməyib.

Xatırladaq ki, noyabrın 12-də “ANNA News” “YouTube” kanalında azərbaycanlı əsirə (Amin) rusiyalı jurnalist tərəfindən tibbi yardımın göstərilməsi ilə bağlı video paylaşılıb. Həmin video erməni tərəfinin humanizm nümunəsi kimi qələmə verilsə də, sonradan ermənilərin hərbçimizə işgəncə verməsinə dair video da ortaya çıxıb.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı ofisi ilə hərbi əsir haqqında hər hansı məlumatın yalnız onların ailələrinə veriləcəyini bildirib.

Hərbçimizin dayısı Sənan Sadıqov isə onun haqqında ancaq sağ olduğunu bildiklərini deyib.
A.Musayev Ağstafa rayon sakinidir, ailənin tək övladıdır.

Aminin fotosunu təqdim edirik: