Erməni əsgərin valideyni oğluna verilən medaldan imtina etdi (VİDEO)backend

Erməni əsgərin valideyni oğluna verilən medaldan imtina etdi (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilən erməni əsgər Edqar Doluxanyanın valideyni oğluna ölümündən sonra verilən medaldan imtina edib.
Report “Novosti Armeniya”ya istinadən bildirir ki, 20 yaşlı əsgərin anası Svetlana Doluxanyan bununla bağlı Ermənistan ictimaiyyətinə müraciət ünvanlayıb.
O, medalın təqdim olunması qaydasına etiraz edib. S.Doluxanyan medalla bağlı sənəddə oğlunun hərbi rütbəsinin sıravi əsgər deyil, çavuş yazılmasını, medalın isə daha təmtəraqlı təqdim edilməsini istəyib: “Əks halda bizə belə medal lazım deyil”.