Tribuna İnformasiya Agentliyi

Erməni əsgərin müəmmalı ölümü

18 Noyabr

Ermənistanda hərbi hissələrdən birində əsgər meyiti tapılıb.

Ermənistanda hərbi hissələrdən birində əsgər meyiti tapılıb.

Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, hadisə ötən gün baş verib. Müqavilə əsasında xidmət göstərən pulemyotçu İvan Ayrapetyan odlu silahla alt çənə hissəsi və başından vurulmuş halda aşkarlanıb.

Faktla bağlı “özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi açılıb.