Tribuna İnformasiya Agentliyi

Erməni əsgər hərbi hissəyə qumbara atıb, intihar etdi

08 Dekabr

Ermənistan İstintaq Komitəsi əsgərin naməlum şəraitdə ölməsi ilə bağlı məlumat yayıb. 

Ermənistan İstintaq Komitəsi əsgərin naməlum şəraitdə ölməsi ilə bağlı məlumat yayıb.

TİA.AZ azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, Dağlıq Qarabağda yerləşən hərbi hissələrdən birində gecə saat 2 radələrində əsgər Albert Postolokyan hərbi yoldaşı Harnik Terteryanın istirahət etdiyi blendaja qumbara atıb.

Postolokyan daha sonra tabeliyində olan tapançadan özünə atəş açaraq intihar edib.

Əsgər Terteryan isə hospitala çatdırılıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur.

Qeyd edək ki, bu gün səhər saatlarında Ermənistan KİV-lərində əsgər Albert Postolokyanın naməlum şəraitdə ölməsi haqda xəbər yayılmışdı.