Erməni deputatdan xəbərdarlıq: “Hakimiyyət əsgər valideynlərindən qorxmalıdır”backend

Erməni deputatdan xəbərdarlıq: “Hakimiyyət əsgər valideynlərindən qorxmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Çox sadə səbəbdən müxalifətin mitinqlərində iştirak edə bilmirəm: aksiyanın başlanmasından saat yarım əvvəl məni (polisə-red) dindirməyə çağırırlar.
Bu barədə “168.am”a müsahibəsində “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Sarukyan bildirib.
“Onlar (Ermənistan hakimiyyəti – red) hər şeydən daha çox Sarukyanın xalqla görüşə biləcəyindən qorxurlar. Amma Sarukyandan qorxmaq lazım deyil. Onlar öz siyasətlərindən qorxmalıdır, Qarabağ müharibəsində biabırçı məğlubiyyətlərindən qorxmalıdır”, – müxalif siyasətçi deyib.
Qaqik Sarukyan qeyd edib ki, Ermənistan hakimiyyəti dünya ermənilərindən də çəkinməlidir. “Qoy həlak olmuş və itkin düşən əsgərlərin valideynlərindən qorxsunlar”, – o vurğulayıb.