Tribuna İnformasiya Agentliyi

Ermənistanda rəzalət: İclasda qadın deputata seksual təcavüz olunub – VİDEO

15 Fevral

Ermənistanda İrəvan Şurasının iclasında dava düşüb. İclasda qadın deputat, “Yerkin tsirani” partiyası fraksiyasının üzvü Marina Xaçatryan döyülüb və hakim Respublikaçılar partiyasının nümayəndəsi Edmon Kirakosyan tərəfindən seksual təcavüzə məruz qalıb.

BAKU.WS-in Azadlıq radiosunun erməni bürosuna istinadən verdiyi məlumata görə, Xaçatryan, iclasa İrəvanın Nubaraşen rayonunun kanalizasiya sisteminin dəyişdirilməsinin zəruriliyini sübut etmək üçün küçədə axan çirkab sulardan nümunə gətirib. Marina Xaçatryan üfunət iyi verən suyu İrəvanın meri Taron Markaryana təqdim etmək istəyib. Bu, hakim Respublikaçılar partiyasının təmsilçilərinin qəzəbinə səbəb olub. Nəticədə iclasda tərəflər arasında dava düşüb. İnsident nəticəsində Marina Xaçatryana da bir neçə zərbə dəyib. Hətta Xaçatryan ona qarşı seksual hərəkətlər etdiyini iddia edərək respublikaçı Edmond Kirakosyanı sillələyib.

“Mən heç kimə imkan vermərəm ki, paltarımı çıxarsın və sinəmə toxunsun. Həmin adamı özünə gətirmək üçün bir neçə sillə vurdum. Bəxti gətirdi ki, yer dar idi, yoxsa təpiyimin gücünü də hiss edəcəkdi”, – deyə qadın deputat əlavə edib.

Faktla əlaqədr Ermənistan polisi araşdırmaya başlayıb.