Tribuna İnformasiya Agentliyi

Ermənistanda nazir müavini istefa verdi – “Bacarmıram…”

02 May

Ermənistanın Ərazi İdarəetməsi və İnkişaf nazirinin müavini Varazdat Karapetyan istefa verib.

“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən məlumatına görə, nazir müavini bu barədə Feysbuk səhifəsində yazıb:

“Əziz dostlarım, mən bu vəziyyətə laqeyd qala bilmirəm. Mən nazir müavini postumdan istefa verirəm (heç bilmirəm istefam haqqında kimə bildirməliyəm). Son 8 ayda ölkəni daha yaxşı etməyə cəhd göstərdim, ancaq indi bacarmıram. Görünür, nə qədər ki, yalan və saxtakarlıq qalası dağıdılmayıb, hələ bir neçə ay da bununla bacarmayacaqlar. Ölkənin fundamentini təmizləmək lazımdır. Bizə uğurlar! Əminəm ki, quruculuq dövrü də gələcək”.