Tribuna İnformasiya Agentliyi

Ermənistan Rusiyadan 100 milyon dollarlıq yeni silah alacaq

12 Sentyabr

Ermənistan Rusiyadan 100 milyon dollar məbləğində hərbi kredit almağın mümkünlüyünü müzakirə edir.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri David Tonoyan sentyabrın 12-də jurnalislərə bildirib.

“Reallaşacaq yeni hərbi kreditlə bağlı müzakirələr aparılır. Hazırda söhbət 100 milyon dollar məbləğindən gedir. Alınacaq silahlar barədə danışmağa ixtiyarm yoxdur. Rusiya ilə əməkdaşlıq yetərincə uğurla inkişaf edir”, – o vurğulayıb.