Tribuna İnformasiya Agentliyi

Ermənistan parlamenti buraxılır

01 Noyabr

Ermənistan parlamenti yeganə namizəd olan Nikol Paşinyanı yenidən baş nazir postuna seçməyib.

“Report” xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb.

Qeyd edək ki, seçki formal xarakter daşıyır.

Xatırladaq ki, N.Paşinyan oktyabrın 16-da istefa verib. Ölkə qanunlarına əsasən, parlament iki dəfə baş naziri seçə bilməzsə buraxılır. Birinci seçki oktyabrın 24-də keçirilib. Odur ki, bu dəfə də seçki baş tutmadığından Ermənistan parlamenti buraxılır. Növbədənkənar parlament seçkilərinin dekabrın 9-da keçiriləcəyi gözlənilir. Seçkilərin keçirilmə tarixini ölkə prezidenti elan edəcək.