Tribuna İnformasiya Agentliyi

Ermənistan ordusunun bir qrup hərbçisi qarın altında qaldı – İtən var

06 Dekabr

Ermənistanda bir qrup hərbi qulluqçu qar uçqununa düşüb.

Trend erməni KİV-ə istinadən məlumat verir ki, hadisə Sisiyan vilayətində qeydə alınıb.

Faktı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovhannisyan təsdiq edib.

Onun sözlərinə görə, uçquna düşənlərdən yalnız 1 nəfərin taleyi hələ məlum deyil, itmiş hərbçinin tapılması üçün axtarış-xilasetmə tədbirləri aparılır.