Tribuna İnformasiya Agentliyi

Ermənini məğlub edib ağlayan Mehmanın videosu rekord qırır – VİDEO

25 İyun
İkinci Avropa Oyunlarının sambo yarışlarında qələbə qazanan samboçumuzun videosu sosial şəbəkələrdə maraq yaradıb. 
Mehman Xəlilov (57 kq) bürünc medal uğrunda döyüşdə Ermənistan samboçusu Maksim Manukyanı 9:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Bu zaman Mehmanın qələbə sevinci görənləri mat-mətəl qoyub. Gözləri dolan həmyerlimiz qələbəsini məşqçiləri ilə bayram edib.  Bu görüntüləri sosial şəbəkələrdə minlərlə baxış toplayıb.