Tribuna İnformasiya Agentliyi

Erməni baş nazir stilistini özünə köməkçi təyin edib

10 Sentyabr
Ermənistanın baş naziri Nikol Paşinyan ailə stilistini özünə köməkçi təyin edib.
Məlumatı baş nazirin mətbuat xidməti də təsdiqləyib.
Yerli KİV-in yazdığına görə, stilist Sofiya Navasardyan bu vəzifəyə rəsmi səfərlərdə Paşinyanın həyat yoldaşının imici ilə məşğul olması üçün təyin edilib.
Baş nazirin mətbuat katibi bildirib ki, Navasardyan baş nazirin köməkçisi kimi yenə əvvəlki işi ilə məşğul olacaq. Onun sözlərinə görə, digər ölkələrdə də dövlət başçısının şəxsi stilistinin olması praktikası var.(Qafqazinfo)