Erkin Qədirli Elman Rüstəmova sorğu göndərdi – FOTObackend
VI çağırış parlamentin deputatı Erkin Qədirli Mərkəzi Bankın İdarə Heyətinə deputat sorğusu göndərib.
 
TİA.AZ xəbər verir ki, millət vəkili məsələ ilə bağlı “Facebook” hesabında məlumat verib.
Qeyd edək ki, deputatın sorğusu hökumətin və Mərkəzi Bankın “B” planının nədən ibarət olduğunun məzmunu ilə bağlıdır və sənəddə həmin planın məzmununun açıqlanmasının vacibliyi bildirilir.
Xatırladaq ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov dünən jurnalistlərə açıqlamasında hökumətin və Mərkəzi Bankın “B” planının olduğunu bildirmişdi.