“Erkən nikaha yox deyək!” mövzusunda maarifləndirici tədbirlər keçirilib-FOTObackend

“Erkən nikaha yox deyək!” mövzusunda maarifləndirici tədbirlər keçirilib-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

10.06.2022-ci il tarixində Zəngilan rayon  İcra Hakimiyyəti  Başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın və Zəngilan rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə “Erkən nikaha yox deyək !” mövzusunda  maarifləndirici tədbir keçirilib.

Tədbirdə: Zəngilan rayon  İcra Hakimiyyəti  Başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın Sədri Nizami Mönsümov, Zəngilan rayon  İcra Hakimiyyəti  Başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın katibi Nərmin Hüseynzadə, Zəngilan rayon  İcra Hakimiyyəti  Başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Mətanət Həsənova, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin əməkdaşı Kamila Əliyeva, Zəngilan rayon Gənclər və İdman İdarəsinin rəisi Zakir Məmmədov, Sosial iqtisadi və ekoloji inkişaf ictimai birliyinin sədri, AQUPK- nin yannda ictimai Şurann sədr müavini Rəhilə Mehtiyeva, Rayon Polis Şöbəsinin Yetkinlik Yaşına Çatmayanların profilaktiki işinin təşkili qrupunun baş inspektoru-polis mayoru,  Mərkəzi Rayon Xəstəxanasının əməkdaşı,YAP Zəngilan rayon təşkilatının sədri, Zəngilan rayon Uşaq fondunun sədri, Zəngilan rayon təhsil şöbəsinin müdiri, Zəngilan rayon ümumtəhsil məktəblərin şagirdləri və psixoloqları, Zəngilan rayon 29№li tam orta məktəbin Uşaq İctimai Birliyinin sədri və digər idarə müəssisələrin əməkdaşları iştirak etdilər.

Zəngilan rayon  İcra Hakimiyyəti  Başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Nizami Mönsümov tədbiri giriş sözü ilə açaraq iştirakçıları rayon rəhbərliyinin adından salamlayıb, çıxış edərək müasir dövrümüzün ən aktual problemlərindən biri olan  “erkən nikahın” qızlarda yaratdığı fiziki və psixoloji fəsadlarla yanaşı, təhsildən yayınma və digər hüquqpozuntuları barədə məlumat verdi.

Daha sonra Zəngilan rayon  İcra Hakimiyyəti Başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın katibi Nərmin Hüseynzadə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, sağlam gənclik naminə keçirilən bugünkü tədbirin böyük əhəmiyyəti olduğunu bildirib. Bu gün bütün dünyada olduğu kimi ölkəmizdə də doğurduğu fəsadlara və cəmiyyətə vurduğu ziyana görə erkən nikah məsələsi dövrümüzün mühüm və aktual problemlərindən biri oldu]unu bildirib.

Zəngilan rayon  İcra Hakimiyyəti  Başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Mətanət Həsənova çıxış edərək mövzunun əhəmiyyətindən, erkən nikahın gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlər, bu sosial problemin aradan qaldırılması yolları haqqında danışıb. Bildirib ki, erkən nikah hallarına zəmin yaradan əsas səbəblərdən birincisi təhsildən yayınmaqdır. Valideynlərin maddi imkansızlıq bəhanəsi ilə övladlarını məktəbdən uzaqlaşdırması son nəticədə erkən nikaha yol açır. Bunun qarşısının alınması üçün ardıcıl maarifləndirmə tədbirlərinin aparılması zəruridir.

Uşaq hüquqlarının müdafiəsi, ailələrin rifah halının yaxşılaşdırılması, erkən nikahın qarşısının alınması hər zaman dövlətimizin qarşısında duran prioritet məsələ olub deyən  Sosial iqtisadi və ekoloji inkişaf ictimai birliyinin sədri, AQUPK- nin yannda ictimai Şurann sədr müavini Rəhilə Mehtiyeva vurğulayıb ki, bu istiqamətdə bir çox qanun və normativ hüquqi aktlar da qəbul olunub. O, qeyd edib ki, insanlar dərk etməlidirlər ki, onlar övladlarını erkən yaşda ailə qurmağa məcbur etmələri, həm müxtəlif növ zorakılıqlara səbəb olur, həm də hüquqi baxımdan məsuliyyət yaradır.

Zəngilan rayon Gənclər və İdman İdarəsinin rəisi Zakir Məmmədov çıxış edərək , tədbirin əsas məqsədi erkən və qeyri-rəsmi nikahların törətdiyi hüquqi problemlər və tibbi fəsadlar barədə məktəblilər, valideynlər və tələbələr arasında maarifləndirilmə işinin aparmaqla qızların təhsildən yayınmalarının qarşısının alınmasını qeyd edib.

Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin əməkdaşı Kamila Əliyeva tədbirdə vurğulanıb ki, erkən nikah uşaqların təhsil hüquqlarının pozulması baxımından, erkən yaşda nikaha daxil olan qızlar tərəfindən dünyaya gələn uşağın sağlamlığında, onun düzgün tərbiyə edilməsində ciddi problemlər yaratdığından, həmçinin rəsmi nikah olmadığı üçün sonradan hüquqi problemlərin meydana gəlməsinə şərait yaratdığına görə çox ciddi sosial problem hesab olunduğunu bildirib.

Daha sonra digər natiklər də Təhsil çox vacib amil olduğunu, öz çıxışlarında erkən nikah hallarının mənfi nəticələrindən danışaraq belə halların aradan qaldırılmasında yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyanın, təhsil müəssisələrinin, valideynlərin, din xadimlərinin və ictimaiyyətin mühüm rol oynadığını xüsusi olaraq qeyd ediblər.

Sonra isə  erkən nikah və onun törətdiyi fəsadlardan bəhs edən “Erkən nikaha yox deyək !”  videoçarx nümayiş olunub.

Sonda isə tədbir diskusiya formatda yekunlaşdı.