Ərini xəyanət üstündə tutan qadın ona bağışladığı böyrəyini geri istəyirbackend

Ərini xəyanət üstündə tutan qadın ona bağışladığı böyrəyini geri istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə vətəndaşı Maviş Ərdoğan həyat yoldaşına bağışladığı böyrəyini geri istəyir.

“Ahvalnews” agentliyi xəbər verir ki, həyat yoldaşı Əhməd Ərdoğanı xəyanət üstündə tutan qadın onun həyatını xilas etmək üçün verdiyi böyrəyinin geri qaytarılmasını tələb edir.

Cütlük 2006-cı ildə nikaha daxil olub. Üç ildən sonra qadın bir böyrəyini həyat yoldaşına bağışlayaraq onun həyatını xilas edib.

Türkiyə qanunvericiliyinə əsasən, donor əməliyyat bitəndən sonra bağışladığı bədən əzaları üzərində olan hüquqlarından məhrum olur. Əməliyyatdan əvvəl donorlar orqanlarını qeyd-şərtsiz verdiklərini təsdiq edən sənədə imza atırlar.