Ərini öldürən qadının işi – 3 uşaq anası fahişəliyə məcbur edilirmişbackend

Ərini öldürən qadının işi – 3 uşaq anası fahişəliyə məcbur edilirmiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2 il əvvəl ərini öldürən qadının cəzası qismən azaldılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilən Vəfa Orucova Ali Məhkəmədə hakim qarşısına çıxarılıb.

V.Orucova aldığı cəzadan narazı qalaraq apelyasiya şikayəti versə də, məhkəmə onun şikayətini təmin etməmişdi. Bundan sonra V.Orucova Ali Məhkəməyə üz tutub.

Bu dəfə Ali Məhkəmə 40 yaşlı Vəfa Orucovanın cəzasını 1 il azaldıb. Qadının cəzası 11 ilə endirilib və hələ cəzasının çəkilməmiş hissəsi 9 il olaraq qalır.

Bildirək ki, Vəfa Orucova həyat yoldaşı Rövşən Musayevi 2019-cu ildə bıçaqlayaraq qətlə yetirib.

Onun cəzasını azaldan Ali Məhkəmə belə qənaətə gəlib ki, Vəfa Orucova güclü ruhi həyəcan vəziyyətində olarkən ərini öldürüb.

3 uşaq anası olan Vəfa Orucova bildirib ki, əri spirtli içki aludəçisi olub və dəfələrlə onu döyüb. Son günlər isə ondan fahişəlik edərək pul qazanmasını tələb edirmiş. Sonuncu dəfə bu mübahisə zamanı Vəfa ərini bıçaqlayaraq öldürüb.