Eriksenin həyatını xilas edənlərə UEFA Prezidenti Mükafatı veriləcəkbackend

Eriksenin həyatını xilas edənlərə UEFA Prezidenti Mükafatı veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Danimarka millisinin həkimləri və kapitanı Simon Kyaer UEFA Prezidenti Mükafatı alacaqlar.
Buna onların Avropa çempionatında Kopenhagendə Finlandiya yığmasına qarşı B qrupunun ilk oyununda (0:1) meydan sahiblərinin futbolçusu Kristian Eriksenin həyatını xilas etmələri səbəb olub.
Qurumun prezidenti Aleksander Çeferin sözügedən şəxsləri AVRO-2020-nin əsl qəhrəmanları olaraq xarakterizə edib: “Onlara UEFA prezidenti mükafatını təqdim etməkdən qürur duyuram. Bu ilki Prezident Mükafatı futboldan kənara çıxdı. Bu, həyatın nə qədər qiymətli olduğunu göstərməyə xidmət edir. Sağalmaqda olan Kristian Eriksenə və ailəsinə ən xoş arzularımı çatdırmaq istərdim”.
Qeyd edək ki, Kristian Eriksen iyunun 12-də Finlandiya ilə AVRO-2020-nin B qrupunun ilk görüşündə huşunu itirərək, yerə yıxılıb. 15 dəqiqə ərzində təcili yardım göstərildikdən sonra onu xəstəxanaya apararaq, vəziyyətini sabitləşdiriblər. Daha sonra əməliyyat olunan danimarkalı oyunçunun ürəyinə kardioverter-defibrillyator cihazı quraşdırılıb. O, 2010 – 2013-cü illərdə “Ayaks”ın formasını geyinib.