ƏRDOĞANLA PAŞİNYAN ARASINDA İLK TELEFON ZƏNGİ: BAKIYA NƏ VƏD EDİR?backend

ƏRDOĞANLA PAŞİNYAN ARASINDA İLK TELEFON ZƏNGİ: BAKIYA NƏ VƏD EDİR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Ərdoğanla Ermənistan Baş Naziri Paşinyan arasında telefon danışığı olub. Nikol Paşinyan Erdoğanı Qurban Bayramı münasibəti ilə tərbik edib, söhbət zamanı hər iki ölkənin özəl təmsilçilərinin danışıqları davam etdirilməsi, ilkin razılaşmaları daha da dərinləşdirərək münasibətləri normallaşdırmaqla bağlı qərar alınıb. TİA.Az-ın məlumatına görə, REAL Partiyasından Natiq Cəfərli ilk dəfə Ərdoğanla Paşinyan arasında telefon zəngi olmasını müsbət qiymətləndirib. Onun sözlərinə görə, bölgəmizə sülh, əməkdaşlıq və iqtisadi inteqrasiya hava-su kimi lazımdır: ” Türkiyə-Ermənistan arasında münasibətlərin normallaşması Azərbaycan-Ermənistan danışıqlarına da müsbət təsir edəcək.
Artıq uzun müddətdir ki, Azərbaycan və Türkiyə xarici siyasətlə bağlı addımlarını sinxronlaşdırıblar, bir-birləri ilə məsləhətləşmədən heç bir addım atmırlar. İndiki qəliz dünyada qardaş ölkələr xarici siyasətdə maraqlı tandem yaradıblar: Azərbaycanın demək istədiyini, amma deyə bilmədiyini Türkiyə deyir, Türkiyənin etmək istədiyini, amma edə bilmədiyini Azərbaycan edir”.

TİA.Az