ƏRDOĞAN ZƏGƏZUR DƏHLİZİLƏ BAĞLI DANIŞIB – “Daha irəli gedəcəksiniz”backend

ƏRDOĞAN ZƏGƏZUR DƏHLİZİLƏ BAĞLI DANIŞIB – “Daha irəli gedəcəksiniz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün təməli qoyulacaq yol Zəngəzur dəhlizi yoludur. Başlanğıcını dayandığımız bu yerdən götürəcək. Birinci qovşaq budur. Buradan Ağbəndə, Ermənistan sərhədinə qədər məsafə 123,6 kilometrdir”.

TİA.AZ-ın xəbərinə görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Zəngəzur dəhlizi – Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu barədə məlumat verərkən deyib.

Daha sonra R.T.Ərdoğan soruşub: “Ermənistan sərhədinə qədər gedirsiniz, elədirmi? Daha irəli gedəcəksiniz”.

S.Məmmədov isə cavabında deyib: “Bəli, oradan da o tərəfə keçəcəyik. Allahın köməyi ilə düz İstanbula qədər gedəcəyik, Avropaya qədər gedəcəyik. Allah Sizləri qorusun”.