Ərdoğan Putini 3 dəqiqə gözlətdi – “Bu, qisas idi?” – VİDEObackend

Ərdoğan Putini 3 dəqiqə gözlətdi – “Bu, qisas idi?” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyə mediası Rusiya Prezidenti Vladimir Putinin Tehranda ikitərəfli danışıqlara başlamazdan əvvəl türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı gözləməli olduğuna diqqət çəkib.
Bakupost.az xəbər verir ki, Putinin Ərdoğanı təxminən 50 saniyə gözləməsi Türkiyə mediasını əvvəllər Putinin Ərdoğan da daxil olmaqla bir sıra həmkarları ilə görüşlərə gecikməsi, onları gözlətməsi ilə bağlı paralellər aparmağa vadar edib.
Türkiyə Prezident Administrasiyası tərəfindən yayılan videodan Putinin iki dövlətin bayrağı fonunda, kreslosunun qarşısında dayanaraq görüş Ərdoğanı gözlədiyi görünür. Ərdoğan görünən kimi o, narahatlığı aradan qalxırmış kimi əllərini yana açır, liderlər gülümsünür, biri-birinin əlini çıxırlar və Ərdoğan “Salam. Necəsiz? Yaxşısız?” deyə soruşur.
Türkiyə KİV-in xəbərlərində bu hadisə digər oxşar hadisələrlə müqayisə olunur. Xüsusən də 2020-ci ildə Moskvada Ərdoğanın Putinlə görüşdən əvvəl Rusiya liderini təxminən iki dəqiqə gözləməsini xatırladan Türkiyənin t24.com.tr saytı Tehrandakı hadisə ilə bağlı sual edir: “Bu, qisas idimi?”
Bu arada Rusiyanın “Kommersant” qəzetinin əməkdaşı Andrey Kolesnikov liderlərin Tehran səfəri ilə bağlı məqaləsində yazır ki, Ərdoğanın Putinə görüşə yubanmasının səbəbionun Rusiya liderinin mətbuat katibi Dmitri Peskovla görüşü olub:
“…Mən təsdiq edə bilərəm ki, Türkiyə prezidentindən bir neçə saniyə əvvəl danışıqların aparılacağı zala daxil olan cənab Putin orada dayanıb onu gözləyirdi. Ərdoğan isə gəlib çıxmaq bilmirdi. Kim bilirdi ki, cənab Ərdoğan dəhlizdə Dmitri Peskovla görüşəcək. Türkiyə prezidenti onun yanından ötüb keçə bilərdi. Ancaq qayıtdı və Peskovla öz türkcəsində danışdı. “Uzun müddətdir məni görmürdü”, – xeyli sonra Peskov utanaraq üzrxahlıq elədi. Bu arada Rusiya prezidenti kameralar qarşısında narahatlıqla üç dəqiqədən çox gözlədi.
“Biz tez-tez danışırıq”, – deyə Türkiyə Prezidenti Putinə bildirib. Bu da protokol qaydalarına uyğun deyildi: danışıqlara Putin başlamalı idi. Amma insaf naminə deyim ki, onların atasında protokol qaydaları çoxdan işləmir. Həmin gün bu danışıqların ən uzun ikitərəfli danışıqlar olduğu ortaya çıxdı. Ukrayna taxılının ixracı mövzusu, şahidlərin sözlərinə görə, onlar üçün sonuncu məsələ deyildi”.