backend

Ərdoğan Putin, Obama və Merkelə zəng edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putin, ABŞ prezidenti Barak Obama, Almaniya kansleri Angela Merkel və BMT-nin yeni seçilmiş baş katibi Antoniu Quterrişemlə telefon əlaqəsi saxlayıb. 

TIA.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Ərdoğan Ankarada keçirdiyi mətbauat konfransında deyib.

Türkiyə prezidenti Putin, Obama və Merkellə Hələbi müzakirə edib.

“Əgər biz Suriya probleminin həllini istəyiriksə, Hələbdə vəziyyət nəzarət altına alınmalıdır. Mən hörmətli Putin və Quterrişemə telefon danışıqlarının bir neçə raundunu keçirdim. Merkellə də danışdım. O, bizə kömək etməyə hazır olduğunu dedi. Obama ilə də danışığımız oldu. Biz yalnız Suriyanı yox, həm də İraqı müzakirə etdik”.

Ərdoğan Obamaya bölgədəki vəziyyətlə bağlı narahatlığını çatdığını deyib.

“Mən Obamaya bizim narahatlığımızı çatdırdım. O soruşdu ki, Amerika necə kömək edə bilər və mən ona öz mülahizələrimi söylədim”, – deyə Türkiyə prezidenti vurğulayıb.