ƏRDOĞAN-PUTİN ANLAŞMASI: BAKIDAKI ERMƏNİLƏRLƏ MİNA XƏRİTƏLƏRİ “BARTER” EDİLİR…backend

ƏRDOĞAN-PUTİN ANLAŞMASI: BAKIDAKI ERMƏNİLƏRLƏ MİNA XƏRİTƏLƏRİ “BARTER” EDİLİR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidentinin Bakı və İrəvanla təmas qurandan sonra Türkiyə prezidenti ilə müzakirə aparması tərəflər arasında konkret addımların atılması ilə bağlı razılığa gəlindiyi qənaətini gücləndirir.
TİA.Az xəbər verir ki, bunun nədən ibarət olduğu rəsmi informasiyalarda əksini tapıb: üçtərəfli razılaşmların icra edilməsi.
Əsas müzakirə mövzusunun nə olduğu haqda ehtimal irəli sürmək üçün telefon trafikinin haradan başlandığına – Bakıya baxmaq lazımdır.
Putinə Əliyev zəng etdi, ardınca Moskvadan İrəvana zəng edildi. Bu, üç ehtimalı önə çıxarır: birincisi, Bakı üçtərəfli razılaşmaların tam şəkildə həyata keçirilməsində – indiyə qədər icra edilməyən 4-cü bəndlə (erməni qoşunların Qarabağdan çıxarılmasında) bağlı israr edir: Ermənistanda seçkidən sonra gözlənilən idi;
İkincisi, Əliyevin zəngindən bir gün sonra Putinin Paşinyanla danışması Moskvanın Bakının istəyi ilə razılaşdığı deməkdir;
Üçüncüsü, Putinin sonda Ərdoğanla danışması Ermənistanın da “razılaşmaların tam icra edilməsinin vacibliyini” qəbul etdiyi və Rusiyanın proseslə bağlı bölgədə tərəf olaraq qəbul etdiyi Türkiyəni məlumatlandırdığı deməkdir;
Razılaşmalarla bağlı mövcud vəziyyət və mümkün gözləntilər də bu ehtimalları gücləndirir:
– “Üçtərəfli razılaşmaların tam şəkildə icra edilməsindən” bəhs edilirsə, yeganə irəliləyiş olmayan məsələ məhz erməni qoşunların çıxarılmasıdır;
– Rusiyanın vasitəçiliyi ilə sərhədlərlə bağlı yeni müqavilə gündəmdədir və belə bir sənədin müzakirəyə çıxarılması üçün öncə üçtərəfli razılaşmaların bütün bəndləri üzrə ən azından müəyyən irəliləyiş olmalıdır;
Putin-Ərdoğan müzakirəsində Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzinin fəaliyyətinə toxunulması da erməni qoşunların çıxarılmasından sonra bölgədə vəziyyətin idarə olunması məsələsinin ələ alındığı fikrini önə çıxarır. Qarşıdakı dövrdə liderlərin təmaslarının intensivləşəcəyini görə bilərik.
O da istisna deyil ki, növbəti dəfə erməni diversantlarla mina xəritələrinin “barter” edilməsi Rusiya və Türkiyənin vasitəçiliyi ilə həyata keçiriləcək. Telefon trafikində müzakirə olunan əlavə məsələlərdən biri də bu ola bilər.

TİA.Az