Ərdoğan ölkəsinin mafiya ilə mübarizəsindən danışdıbackend

Ərdoğan ölkəsinin mafiya ilə mübarizəsindən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Cinayətkar təşkilatları 19 il ərzində əllərində olan bütün imkanları alaraq bir-bir çökdürdük.
NTV-nin məlumatına görə, bu barədə Türkiyə Prezidenti və AK Partinin sədri Rəcəb Tayyib Ərdoğan partiyasının iclasında bəyan edib.
Onun sözlərinə görə, bir zamanlar “babaların” məsələləri həll etdiyi Türkiyə hazırda hüquqdan başqa bir idarəçiliyin olmadığı səviyyəyə gəlib:
“Narkotiklə mübarizədə heç kimin gözünün yaşına baxmadıq. Beş il ərzində mütəşəkkil cinayətkar təşkilatlara qarşı 1 700-ə yaxın əməliyyat həyata keçirildi”, – deyə prezident əlavə edib.
O, Türkiyənin dünyada narkotik vasitələrin istifadəsi, dövriyyəsi və satışına görə ən ağır cəzaların verildiyi ölkələrin başında gəldiyini vurğulayıb.