Ərdoğan İstanbul kanalının tikintisinin başlayacağı vaxtı açıqlayıbbackend

Ərdoğan İstanbul kanalının tikintisinin başlayacağı vaxtı açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İstanbul kanalının tikistisinin bu ilin iyun ayının sonunda başlaması planlaşdırılır.
TİA.AZ xəbər verir ki, bunu İstanbulun Çamlıca rayonunda yeni teleqüllənin açılışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
T.Ərdoğan bildirib: “Əlbətdə ki, bu meqalayihə ilə bağlı narahatlıqlarını bildirənlər olacaq. Bu bizi dayandırmayacaq”.
Prezidentin sözlərinə görə, layihənin icrası Türkiyə meqapolisinin geostrateji əhəmiyyətini artıracaq: “Türkiyənin yeni süni kanalının sağ və sol sahillərində iki şəhər inşa ediləcək. Bu şəhərlər İstanbulun görünüşünü bəzəyəcək”.