Ərdoğan İlham Əliyevi Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinə görə təbrik edibbackend

Ərdoğan İlham Əliyevi Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinə görə təbrik edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 27-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

TİA.AZ xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməri məlumat yayıb.

Türkiyə Prezidenti Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçməsi ilə bağlı dövlət başçısına və bütün Azərbaycan xalqına öz adından və Türkiyə xalqı adından sevinc hisslərini çatdırıb.

Dövlət başçısı, öz növbəsində, öz adından və Azərbaycan xalqı adından Türkiyə Prezidentinə və qardaş Türkiyə xalqına təbriklərə görə təşəkkürünü bildirib.

Söhbət zamanı dostluq və müttəfiqlik əlaqələrimizin müxtəlif aspektləri müzakirə olundu, yeni təmaslar haqqında fikir mübadiləsi aparılıb.