Ərdoğan: “40 milyard xərcləyən ölkənin sizin 6 milyarda ehtiyacı yoxdur…”backend

Ərdoğan: “40 milyard xərcləyən ölkənin sizin 6 milyarda ehtiyacı yoxdur…”

AB miqrasiya müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməyib.
Avropa Birliyi (AB) ölkələri miqrasiya böhranının həlli ilə bağlı 18 Mart 2016-cı il tarixində AB-Türkiyə sammitində əldə edilmiş razılaşmanın bütün şərtlərini yerinə yetirməyib.
Qaynarinfo xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bolqarıstanın Baş naziri Boyko Borisov ilə Ankarada keçirdiyi danışıqlardan sonra birgə mətbuat konfransında söyləyib.
Ərdoğan Avropa Birliyi ölkələrinin və bütün dünya birliyinin indi dörd milyondan çox qaçqının üzünə sərhəd qapısını açan Türkiyənin üzləşdiyi çətinliklərin miqyasından xəbərdar olmadığını vurğulayıb.
“Mən bundan xeyli əvvəl bildirmişdim ki, AB qaçqınlarla bağlı yükün ədalətli bölüşdürülməsi üçün məsuliyyətin bir hissəsini öz üzərinə götürməzsə, Türkiyə sərhəd qapılarını ölkəni tərk etmək istəyən miqrantlara açmağa məcbur olacaq”, – deyə Türkiyə lideri xatırladıb.
Bununla yanaşı, Ərdoğan Ankaranın 2016-cı ilin mart müqavilələrinin bütün məqamlarına ciddi əməl etdiyini vurğulayıb.
Türkiyə Prezidenti Aİ-ni miqrasiya sahəsində ikili standartlar siyasətini də sərt təndiq edib:
“Hətta bu gün Aİ miqrasiya sahəsində buraxılmış bəzi səhvlərinə görə Türkiyəni günahlandırmağa çalışır. Niyə Ankara qanunsuz miqrasiyaya qarşı bütün yükü tək daşımalıdır? Bəs yükün ədalətli bölüşdürülməsi vədi necə oldu? Qaçqınların dəstəklənməsi üçün 40 milyard dollardan çox pul xərclədik, Aİ isə Türkiyədəki suriyalılara dəstək üçün vəd edilmiş altı milyard avronu ayırmadı”.
Ərdoğan Almaniya kansleri Angela Merkel ilə son telefon danışığı zamanı da açıq şəkildə Ankaranın altı milyard avroya ehtiyac olmadığını bildirib:
“Əvvəldən Türkiyə hökumətinə deyil, vətəndaş cəmiyyəti qurumlarına göndərməyi planlaşdırdığınız pullarınıza ehtiyacımız yoxdur. Kasıb insanlara kömək üçün 40 milyard xərcləyən bir ölkə digər xərcləri ödəmək üçün də güc tapacaq. Heç kimin Türkiyənin hissləri ilə oynamağa haqqı yoxdur”.
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
www.tia.az