“ƏRDAĞI” MMC YENƏ TENDER UTDU – BU DƏFƏ “LK MACHİNERY”LƏ ŞƏRİKLİ 31 MİLYON MANATLIQbackend

“ƏRDAĞI” MMC YENƏ TENDER UTDU – BU DƏFƏ “LK MACHİNERY”LƏ ŞƏRİKLİ 31 MİLYON MANATLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi abadlıq-quruculuq işlərininin aparılması (1), eləcə də xüsusi geyim formasının satın alınması (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub. TİA.AZ vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq “Ərdagı” və “LK Machinery” MMC-lərdir.

Qalib şirkətlərə müvafiq olaraq 3,175 milyon manat və 28,476 milyon manat, ümumilikdə isə 31,651 milyon manat ödəniləcək. TİA.AZ-ın məlumatına verir ki, Nizamnamə kapitalı 10 manat olan “Ərdağı” MMC-nin Gəncə və ətraf rayonlarda tender qalibi olması ilk deyil. Bundan əvvəl də sözügedən şirkət bir neçə milyonluq tenderlərin qalibi olub. Bu şirkətin konkret olaraq kimə məxsus olması məlum deyil.