Tribuna İnformasiya Agentliyi

Enerji içkilərinə qadağa başladı

18 Yanvar
Bu gündən etibarən Türkiyədə enerji içkilərinin idman, təhsil müəssisələrində və xəstəxanalarda satışına qadağa qoyulacaq.

Minval.info xəbər verir ki, bununla bağlı tələb Türkiyə Qida Kodeksində nəzərdə tutulub. Bu barədə Türkiyə mediası yazıb. Məlumatda deyilir ki, içkilərin tərkibi ilə bağlı yeni şərtlər hazırlanaraq istehsalçı müəsssisələrə təqdim olunacaq və eyni zamanda enerji içkilərinin 18 yaşdan aşağı uşaqlara satışı da qadağan edilib.

Tələbi pozanlar cəzalandırılacaqlar.