Energetik içkilərin qəbulu bu xəstəliklərə səbəb ola bilərbackend

Energetik içkilərin qəbulu bu xəstəliklərə səbəb ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Uzun müddət energetik içkilərin qəbulu mədə-bağırsaq xəstəliklərinin yaranmasına gətirib çıxarır”.

TİA.AZ xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov eyib.Onun sözlərinə görə, enerji içkilərinin tərkibindəki kafein mədədə erroziyaların, xoraların əmələ gəlmə ehtimalını yüksəldir:

“Həmçinin enerji içkilərinin tərkibində müxtəlif şəkərli qatqılar var. Bu da öz təsirini göstərir. Hətta enerji içkiləri yoğun bağırsaq (kolon) xərçənginin əmələ gəlməsinin əsas faktorudur. Bundan başqa, həmin içkilər aritmiyalara səbəb olur. Bu, ürək çatışmazlığı və qəfil ölümlərə də gətirib çıxara bilər”.