“Ən yaxşı tank heyəti” adı uğrunda yarışlar keçirilir – VİDEObackend

“Ən yaxşı tank heyəti” adı uğrunda yarışlar keçirilir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda “Ən yaxşı tank heyəti” adı uğrunda yarışlar keçirilir.

Bu barədə TİA.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yarışlarda tank heyətləri minalanmış sahələri və digər maneələri dəf etdikdən sonra təyin olunmuş müddətdə şərti düşmənin yer, hava hədəflərini, eləcə də tank əleyhinə vasitələrinin yerindən və hərəkətdə məhv edilməsi üzrə tapşırıqları icra edirlər.

Yekun nəticələrə əsasən ən yaxşı tank heyəti müəyyən olunacaq.