Ən varlı hindistanlı İlon Maskı ötüb keçib – “Bloomberq”backend

Ən varlı hindistanlı İlon Maskı ötüb keçib – “Bloomberq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın ən varlı adamı Mukeş Ambaninin varidatı 71 milyard dolları keçib və o, dünya milyarderləri siyahısında 8-ci pilləyə yüksəlib.

“Bloomberq”in yazdığına görə, Mukeş «Tesla»nın qurucusu İlon Maskı ötüb keçib. Beləliklə, Ambani dünyanın ən varlı sakini reytinqində yeganə asiyalı olub.

«Bloomberg Billionaires Index»-in məlumatına görə, indi o, yalnız Cef Bozosa, Bill Qeytsə, Bernar Arona, Mark Sukerberqə, Stiv Balmerə, Uorren Baffata və Larri Peycə uduzur.

İlin əvvəlindən Ambani öz varidatını 12 milyard dollardan çox artırıb. Bu, onun nəzarətində olan «Reliance» holdinqinin səhmlərinin bahalaşması ilə bağlıdır. Həmin konqlemerata bütün Hindistan üzrə energetika, neftkimya, tekstil, təbii ehtiyatlar, pərakəndə ticarət və telekommunikasiya istiqamətli müəssisələr daxildir.