backend

Ən varlı adamların siyahısında 3 azərbaycanlı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Forbes.ru Rusiyada yaşayan ən varlı 200 iş adamının siyahısını açıqlayıb. 

Bu gün Forbes.ru Rusiyada yaşayan ən varlı 200 iş adamının siyahısını açıqlayıb.


 

TİA.AZ xəbər verir ki, siyahıya qaz, neft-kimya sahəsi üzrə biznesmen Leonid Mixelson başçılıq edir. Onun 18,4 milyard dollar sərvəti var.


Qara metallurgiya, maşınqayırma, turizm sahələri üzrə biznesmen Aleksey Mordaşov 17,5 milyard dollarla ikinci, metallurgiya, nəqliyyat sahəsi üzrə biznesmen Vladimir Lisin 16,1 milyard dollarla üçüncüdür.


Siyahıya nəzər salanda məlum olur ki, azərbaycanlı biznesmen, “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov Rusiyanın ən varlı 200 biznesmeni arasında 6-cı yer tutub. Təqdim olunun siyahıda Vahid Ələkbərovun 14,5 milyard dollar sərvətinın olduğu qeyd edilir.

 

Siyahıda daha iki azərbaycanlı milyarderin adı keçir.

 

Daşınmaz əmlak və ticarət üzrə azərbaycanlı biznesmen Araz Ağalarov 1,7 milyard dollar sərvətlə 51-ci yerdədir.


İnvestisiya sektoru üzrə azərbaycanlı biznesmen Fərhad Əhmədov isə 67-ci sıradadır. Onun 1,3 milyard dollar sərvəti olduğu bildirilir.


Qeyd edək ki, Rusiyanın 200 ən varlı biznesmeni arasında 6 erməni yer alır.