“Ən üzüyola, ən axmaq, ambisiyası olmayan biri Putinin varisi olacaq” – Rusiyalı alimbackend

“Ən üzüyola, ən axmaq, ambisiyası olmayan biri Putinin varisi olacaq” – Rusiyalı alim

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyası Prezidenti Vladimir Putinin varisi diqqəti ən az cəlb edən və kəmağıl, iddiasız və ambisiyasız adam olacaq.

Bu fikri rusiyalı alim, Riqadakı Azad Universitetin professoru Dmitri Oreşkin jurnalist Yelena Tribuşina ilə müsahibədə səsləndirib.

«Putinin varisi o adam olacaq ki, onun barəsində düşünmək belə mümkün olmayacaq. Ən üzüyola, ən axmaq, heç bir iddiası və ambisiyası olmayan və bu da o deməkdir ki, o, hamıdan ağıllı olacaq. Bu sistemdə məhz belə dayanmaq lazımdır… Odur ki, varis ən diqqətdənkənar, ən boz, ən ciddi adam olacaq, çünki kimsə həddindən artıq parlaq seçilirsə, o saat başını kəsirlər»– Oreşkin bəyan edib

Onun sözlərinə görə, Rusiyada Putinin potensial varisi meydana çıxan kimi, onu “parçalayırlar”. Hazırda, Oreşkin qeyd edib, 5 hərbi struktur Rusiyada bir-birini izləyir, ehtiyat edir ki, varis kimsə iddialılardan biri olacaq. Ekspert həm də qeyd edib ki, Putinin yerinə açıq şəkildə keçmiş Prezident və Baş nazir Dmitri Medvedyev iddia edir, o, son vaxtlar aktivləşib.

«Mənə elə gəlir ki, iddia etməyə onun daxili əsası var – özünün inzibati mövqeyinin güclənməsi üçün. Putinin qurduğu bu sistemdə kim Qərbə qarşı daha bərkdən hürürsə, o, ən əlasıdır».