Ən təhlükəli MESAJLAŞMA PROQRAMLARI: adlar AÇIQLANDIbackend

Ən təhlükəli MESAJLAŞMA PROQRAMLARI: adlar AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Android mesajlaşma tətbiqində ən təhlükəli proqramların adı açıqlanıb. 

TİA.AZ lent.az-a istinadən bildirir ki, istifadəçilərin şəxsi məlumatları ən çox “WhatsApp”, “Telegram”, “Viber” və “Google Hangouts”da ələ keçirilir.

Antivirus sənayesindəki önəmli adlardan biri olan Kasperskinin apardığı araşdırma zamanı məlum olub ki, şəxsi məlumatların ələ keçirilməsinin 89,6 faizi “WhatsApp” üzərindən olmaqla, birinci yerdədir.

İkinci yerdə 5,6 faizlə “Telegram”, 4,7 faizlə “Viber” üçüncü yerdə dayanır.

 

“Google Hangouts” vasitəsilə şəxsi məlumatların ələ keçirilmə ehtimalı bir faiz belə deyil.