Tribuna İnformasiya Agentliyi

ƏN BAHALI SİQARET SATAN ÖLKƏDƏN YENİ QƏRAR

01 Fevral

Dünyada siqaretin ən baha olduğu ölkə Avstraliya ölkədə siqaret istehlakını daha da azaltmaq üçün hərəkətə keçib. 

Dünyada siqaretin ən baha olduğu ölkə Avstraliya ölkədə siqaret istehlakını daha da azaltmaq üçün hərəkətə keçib.

TİA.AZ  BBC Tükiyəyə istinadən bildirir ki, Alman bankı Deutsche Bankın apel 2015-də yayımladığı bir hesabata görə, dünyada siqaret qiymətinin ən yüksək olduğu ölkə olan Avstraliyada hökumət  bir paket  siqaretin qiymətini 2020-ci ilə qədər pilləli olaraq 40 Avstraliya dollarına ( 58 azn) kimi qaldırmağı düşünür.

Ölkədə üst-üstə edilən artımdan sonra  Avstraliyada siqaret istehlakı son altı ildə  15 % azalıb.

Avstraliyanın Melburn şəhərində bu günkü qiymətlərlə bir paket siqaretin qiyməti 40 manata yaxındır.

Qadağa sürətlə genişləndi

Bütün siqaret paketlərin tək növdə olmasını həyata keçirən ilk ölkə olan Avstaliyada siqaretlə bağlı  ciddi məhdudiyyətlər var. Ölkədə iş yeləri, bar və restoranlardan başlayan siqaret qadağası sürətlə genişləndi. Məsələn, South Wales əyalətində hazırda  uşaq parklarının 10 metr,  ictimai binaların girişi, qatar platformaları, taksi dayanacaqları və avtobus dayanacaqları 4 metrə yaxınında siqaret çəkmək qadağandır.  Digər əyalətlərdə də bənzər qadağalar var. Bir çox çimərlikdə, əyalətlərin bir çox həbsxanalarında, uşaqların səyahət etdiyi maşınlarda siqaret qadağan edildi. Qadağalara riyaət etməyənlərə 2 min Avstraliya dollarına (2900azn) qədər cəza verilir.

 

Nilufər