“Əmr edirlər ki, təcili pulu çatdırın, “Şakaya” pul lazımdır”backend

“Əmr edirlər ki, təcili pulu çatdırın, “Şakaya” pul lazımdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda orta təhsil pulludur!” “Elə orta məktəb tapılmaz ki, onun tanınmış, imkanlı məzunu olmasın. Həmin şəxslərin məktəbə maddi dəstəyi bir o qədər ajiotaj yaratmaz. Bu hərəkət dünyada geniş yayılıb. Bizdə isə elə əvvəldən “yığmaq” məsələsi dəbdə olub. İmkanlı şəxslər məktəbə kompüter, ağıllı lövhə bağışlaya, məktəb kitabxanasını kitablarla zənginləşdirə bilər. Hətta, məktəbə əlavə korpus da inşa edə bilərlər. Məktəblər ianə toplamaqla bu işin öhdəsindən gələ bilməzlər”.

Bu sözləri millət vəkili, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Etibar Əliyev nazir Emin Əmrullayevin açdığı müzakirələrə münasibət bildirərkən deyib.

Deputatın sözlərinə görə, çoxsayı məktəblər var ki, direktorları sinif otaqlarını və idman zallarını icarəyə verib: “Yuxarı sinif şagirdləri böyük məbləğlər müqabilində dərsdən azad edilirlər. Bəs, bu böyük pullar hara gedir? Bütün ölkə bilir ki, əksər məktəblərin yuxarı sinif şagirdləri dərsə gəlmirlər. Artıq ibtidai təhsil pilləsində repetitorluq tüğyan edir. Hər bir valideyn ayda 300-400 manat bu xidmətə pul xərcləyir. Məktəb təhsili keyfiyyətli olsa, valideyn bu böyük vəsaiti övladının geyiminə, yeməyinə və başqa ehtiyaclarına xərcləyər! Bir tərəfdən də hansısa qurum məktəbdən pul toplayır. Direktorlar da əmr edirlər ki, təcli pulu çatdırın, “Şakaya” pul lazımdır. Məktəblərdəki gəlirlərinin hesabına biznes quran direktorların sayı az deyil. Bu qədər sadə, Azərbaycanda orta təhsil pulludur!”, – millət vəkili vurğulayıb.(AzPolitika.info)