Əmir Nizaməddin məscidi təmir olunur-FOTObackend

Əmir Nizaməddin məscidi təmir olunur-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bir müddət öncə sosial şəbəkələrdə Əmir Nizaməddin məscidinin baxımsız vəziyyətdə olmasını əks etdirən fotolar paylaşılmışdı. Hazırda məsciddə təmir işləri görülür. Tia.az-a verilən məlumata görə, qısa zamanda təmir işləri yekunlaşacaq.
Xatırladaq ki, Nizaməddin məscidi — Bakının Suraxanı rayonunda yerləşən Əmircan qəsəbəsinin (köhnə Xilə kəndinin) ən qədim tarixi abidələrindən biridir. XIV əsrdə yonulmuş əhəng daşından tikilən bu məscidin dövrünün adlı-sanlı adamlarından olan Əmir Nizaməddinin təşəbbüsü ilə inşa edildiyi deyilir.
TİA.AZ

Təmirdən öncə