Əməliyyatı zərərlə bağlayıb, yekunda gəlir açıqlayan banklar hansılardır? – CƏDVƏLbackend

Əməliyyatı zərərlə bağlayıb, yekunda gəlir açıqlayan banklar hansılardır? – CƏDVƏL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bankların rüb ərzində fəaliyyətlərinin əsas göstəricilərindən biri “Əməliyyat mənfəəti”dir. Bəzi banklar rübü əməliyyat zərəri başa vurduqları halda yekunda qazanc açıqlayır və bəziləri isə müsbət əməliyyat mənfəəti açıqladıqları halda, yekunda zərər göstərirlər. Yekun zərəri əsas götürən “araşdırmaçılar” isə “filan bank batdı” deyə başlıqlarla əslində həmin bankların imicinə böyük zərbə vururlar. Əslində bu məsələlərdə bankları da tam günahsız hesab etmək olmaz, çünki ehtiyat faizləri ilə “oynamaq” və s. kimi “düzəlişlər” hələ də hesabatların tam dürüst olduğuna şübhə yaradır.

ENA.az  bankların bu ilin yanvar-mart ayları ərzində əməliyyat prosesindən qazancının nə qədər olduğunu hesablayıb.

Bunun üçün əməliyyat mənfəəti = cəmi gəlirlər-cəmi xərclər və  ehtiyatlara ayırmaların və ya ehtiyatlardan qayıdan vəsaitin həcmi qarşılaşdırılıb.  Xatırladaq ki, 2021-ci ilin birinci rübündə yalnız Yapı Kredi Bank Azərbaycan və Pakistan Milli Bankının Azərbaycan filialı zərər açıqlayıb. Qalan 24 bank isə yekunda mənfəət göstərib.

Əməliyyat mənfəətinə gəldikdə isə 4 bank bu kateqoriyada zərər açıqlayıb.

Beləliklə cədvəl göstərir ki, 6 bankda ehtiyatlardan qayıtmalar olub. Bunun da nəticəsində banklardan 4-ü yekunda mənfəət açıqlayıblar.

Ehtiyatlardan qayıtmalar olan banklar bunlardır: Access Bank, Yelo Bank, Bank BTB, AFB Bank, Bank VTB Azərbaycan, Premium Bank. Xüsusilə qeyd etmək olar ki, Premium Bank və Yelo Bank kredit portfellərini daha çox yaxşılaşdırdıqlarından kreditlər üzrə ehtiyata ayırmalardan müvafiq olaraq 6 milyon və 4 milyon manatı geri qaytarıblar.

 

Sırası

 

Bankların adı

Əməliyyat mənfəətinin həcmi, 2021-ci il, I rüb, min manatla

 

Xüsusi ehtiyyata ayırmalarının  həcmi, 2021-ci il, I rüb, min manatla Mənfəət/Zərər

 

2021-ci il, I rüb, min manatla

1 Azərbaycan Beynəlxalq Bankı 63 909 22 514 32 395
2 Unibank 4117 3 525 591
3 Rabitəbank 6046 2 552 3 495
4 Access Bank -757 -892 135
5 Muğan Bank 1652 99 1 593
6 Bank of Baku 4185 715 4 110
7 Günay Bank 1400 521 879
8 Bank Avrasiya 1 704 1 354 351
9 Yelo Bank 980 – 4 691 5 670
10 Bank Respublika 1573 1 303 2 877
11 Ziraat Bank 1 485 1 750 492
12 Xalq Bank 8 170 2 002 4 712
13 Express Bank 3158 587 3 129
14 Naxçıvan Bank 2 673 433 2 240
15 Azər-Türk Bank 632 112 520
16 Kapital Bank 90638 21 195 55 535
17 Bank BTB 59 – 306 365
18 AFB Bank 2997 -1 428 4 425
19 Azərbaycan Sənaye Bankı 671 155 416
20 PAŞA Bank 36 352 12 222 18 786
21 Yapı Kredi Bank 1822 1 835 -122
22 Bank VTB Azərbaycan -631 -1247 179
23 Turan Bank 116 11 105
24 Pakistan Milli Bankının Bakı filialı -79 10 -70
25 İran Milli Bankının Bakı filialı 632 18 614
26 Premium Bank  -662 -6 006 5 345

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)