“Əməkhaqqı 150 dollar olan ölkədə pomidorun 3 dollara olması…” – Nazirə sərt cavabbackend

“Əməkhaqqı 150 dollar olan ölkədə pomidorun 3 dollara olması…” – Nazirə sərt cavab

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda Azərbaycandakı tariflər dünyadakı qiymətlərdən kifayət qədər aşağıdır”. Bunu maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında bildirib. Nazirin fikirləri müəyyən müzakirələrə səbəb olub. 

İqtisadçı ekspert Rəşad Həsənov Yenisabah.az-a danışaraq müzakirələrə aydınlıq gətirib. O, söylənən fikrin bütün məhsullara aid olmadığını bildirib:

“Bu fikirləri bütün məhsul və qiymətlərə aid etmək olmaz. Bazarda qiymətlərin nominal müqayisəsi düzgün yanaşma deyil. Qiymətlər üçün dolların alıcılıq gücü deyilən bir indikator var, yəni dolların alıcılıq gücü hansı ölkədə, hansı səviyyədədir. Məsələn, Azərbaycanda dolların alıcılıq gücü ABŞ və Almaniyadan qat-qat yüksək olduğuna görə ölkəmizdəki qiymətlər daha yüksək ola bilər. Bu isə əhalinin gəlirləri ilə əlaqələndirilir. Orta aylıq əmək haqqı 3000 dollar olan ölkədə pomidorun qiymətinin 3 dollar olması ilə orta aylıq əməkhaqqı 150 dollar olan ölkədə 3 dollar olması düzgün deyil.

Həm xidmətlərin, həm də gündəlik tələbat məhsullarının qiymətinə görə Bakı dünyanın bahalı şəhərləri sırasında yer alır. Bir zamanlar müəyyən sahələrdə qiymətlər aşağı olub. Kütləvi sərnişin daşıma, kommunal xidmətlər, elektrik enerjisi və qazın qiymətində müəyyən ucuzluq var idi. Lakin hökumət bunu aradan qaldırmağa çalışır. Bu sahədə də ucuzluq vergi ödəyicilərinin hesabına maliyyələşdirmə ilə konpensasiya edilir. Qısası, bu fərqi yenə vətəndaş ödəyir.

Azərbaycanda qiymətləri gəlir səviyyəsi ilə müqayisə edərkən görə bilərik ki, ucuz deyil, normadan artıqdır”.

Mehri Qurban 

“Əməkhaqqı 150 dollar olan ölkədə pomidorun 3 dollara olması...”  - Nazirə sərt cavab