Əməkdar mədəniyyət işçisi vəfat etdi (FOTO)backend

Əməkdar mədəniyyət işçisi vəfat etdi (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, tanınmış teatr xadimi Həsən Həsənov 71 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.
TİA.AZ xəbər verir ki, Həsən Nəsib oğlu Həsənov 1950-ci il iyul ayının 7-də Gürcüstanın Bolnisi rayonunun (Borçalı mahalının) Faxralı kəndində anadan olub.
1992-1994-cü illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram teatrında sərəncamçı direktor vəzifəsində çalışıb. 1994-cü ildə Dövlət Gənclər teatrına sərəncamçı direktor vəzifəsinə təyin olunub. 2006-2009-cu illərdə Dövlət Gənclər Teatrında direktor, 2009-cu ildə isə direktor müavini vəzifəsində çalışıb. 2010-2014-cü illərdə Mingəçevir Dövlət Dram Teatrının direktoru olub.
2014-2017-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram teatrında direktor müavini vəzifəsində çalışıb. 2017-ci ildən “Audiokitab” layihəsinin rəhbəridir.