Tribuna İnformasiya Agentliyi

ƏMƏKDAR ARTİSTİN 70 İLLİK YUBİLEYİ QEYD EDİLDİ

24 Aprel

Aprel ayının 21-də Respublikanın əməkdar artisti Akif Mirabovun 70 illik yubileyi münasibətilə tədbir keçirildi.  Aprel ayının 21-də Respublikanın əməkdar artisti Akif Mirabovun 70 illik yubileyi münasibətilə tədbir keçirildi. 

TİA.AZ xəbər verir ki, Tədbirdə İlqar Fəhminin “Son reportaj” pyesinə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının baş rejissoru Bəhram Osmanovun quruluş verdiyi və Akif Mirabovun baş rol aldığı eyni adlı tamaşa tamaşaçılara təqdim olundu.
Tamaşa incəsənət xadimlərinin keçdiyi sevincli-kədərli ömür yolundan bəhs edirdi.



 
Mingəçevir Dövlət Dram Teatrının direktoru Səxavət Məmmədov çıxış edərək, Mədəniyyət və Turizm Nazirliyi adından, həmçinin teatrın kollektivi adından Akif müəllimi təbrik etdi. Onun Mingəçevir Dövlət Dram teatrının inkişafındakı xidmətlərindən bəhs edərək, uzun illər yaratdığı yaddaqalan obrazlardan və aktyorluq fəaliyyətindən danışdı.
Mingəçevir şəhər İcra Hakimiyyətinin nümayəndəsi Sahib Əliyev Mingəçevir şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramovun təbrikini yubilyara çatdırdı. Onun ömrünü teatra, sənətə fəda etdiyini qeyd etdi.
Yubiley tədbiri çərçivəsində Mingəçevir Dövlət Dram teatrı tərəfindən sənətkarın həyat və yaradıcılığına həsr olunmuş foto sərgi təşkil olunmuşdu. Sonda şəhər ziyalıları, sənət yoldaşları, onunla birgə çalışmış həmkar dostları və teatr sevərlər əməkdar artistə öz təbriklərini çatdırdılar.